Xəbərlər
ANAMA ötən həftə azad olunmuş ərazilərdə 167 ədəd mina zərərsizləşdirib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.
2021-ci il oktyabrın 11-dən oktyabrın 16-na qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 1 418 643 m2 (141.9 ha) ərazi yoxlanılıb, 140 ədəd piyada və 27 ədəd tank əleyhinə mina, 1146 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.





