Xəbərlər

ANAMA ötən həftə işğaldan azad edilmiş ərazilərdə 47 mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2021-ci il oktyabrın 18-dən 23-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 936 708 m2 (93.7 ha) ərazi yoxlanılıb, 10 ədəd piyada və 37 ədəd tank əleyhinə mina, 30 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Anama 4

Poliqon.az

Back to top button