ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

ANAMA sədri mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.

“Poliqon” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında vətəndaşları bir daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

V.Süleymanov son günlər baş verən mina hadisələrindən təəssüfləndiyini diqqətə çatdırıb: “Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Bizim keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara, ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq, həmin ərazilərə daxil olurlar”.

“Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”, – deyə ANAMA-nın sədri qeyd edib.

Poliqon.az

CATEGORIES