ANAMA sədrinə birinci müavin təyin olunub
Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
ANAMA-dan “Poliqon”a verilən məlumata görə, 2023-cü il 1 fevral tarixində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov kollektivə təqdim olunub.
Bəhruz Məmmədovu kollektivə Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.
Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.
CATEGORIES Xəbərlər