ANAMA Vətən müharibəsindən indiyə kimi 51 mindən çox mina və PHS zərərsizləşdirib

ANAMA Vətən müharibəsindən indiyə kimi 51 mindən çox mina və PHS zərərsizləşdirib

Yaranan gündən 2020-ci ilin noyabr ayına qədər Agentlik tərəfindən 52 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, 809 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.

Bu sözləri Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov POLİQON jurnalına müsahibəsi zamanı söyləyib.

“2-ci Qarabağ müharibəsi bitdiyi dövrdən cari ilin 10 iyul tarixinədək Agentlik tərəfindən 42 min hektara yaxın ərazi təmizlənmiş və təmizləmə əməliyyatları nəticəsində 51 min ədəddən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir. Cəmi 25 il ərzində 94 min hektardan çox ərazi təmizlənərək təhvil verilmişdir”, – ANAMA sədri qeyd edib.

Poliqon.az

CATEGORIES