
ANAMA: Zaman keçdikcə korroziyaya uğrayan minalar daha təhlükəli olurlar
Minaların təhlükə dövrü yoxdur.
“Poliqon” xəbər verir ki, bu sözlər Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda öz əksini tapıb.
Bildirilib ki, İkinci Dünya Müharibəsindən qalan minalar hələ də tam işlək vəziyyətdədir.
“Zaman keçdikcə korroziyaya uğrayan minalar daha həssas və təhlükəli olurlar. Gəlin təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçək”, – deyə məlumatda qeyd olunub.
KATEQORIYA: Xəbərlər