Ankarada “Eternity 2012” komanda-qərargah təliminin əsas planlaşdırma konfransı keçirilir
Türkiyənin paytaxtı Ankarada “Eternity 2012” kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı işə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, təlimin planlaşdırma konfransına Türkiyə, Azərbaycan və Gürcüstandan hərbi qurumların nümayəndələri, həmçinin, BTC, BOTAŞ və digər qurumların təhlükəsizliyə məsul şəxsləri qatılıblar.
Planlaşdırma konfransı mayın 11-dək davam edəcək.
Qeyd edək ki, “Eternity” (“Sonsuzluq”) adlanan təlim neft və qaz əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunur. Təlim simulyativ xarakter daşıyır.
KATEQORIYA: Müdafiə