Müdafiə
Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov noyabrın 19-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə “AzeriDefence”yə SHXÇDX-dən məlumat verilib.
Xidmətin Sumqayıt şəhər idarəsinin inzibati binasında keçiriləcək qəbulda Sumqayıt şəhəri, Abşeron və Qudablı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşların 18.11.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon (şəhər) idarə, şöbə və bölməsinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.




