Müdafiə
Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 30-da Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
Xidmətin mətbuat katibliyindən “AzeriDefence”yə verilən məlumata görə, qəbul saat 10:00-da Xidmətin Zaqatala rayon şöbəsinin inzibati binasında keçiriləcək.




