
Türkiyənin ASELSAN şirkəti adı açıqlanmayan iki ölkəyə ümumi dəyəri 10.7 milyon ABŞ dolları olan atəşi idarəetmə sistemləri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
Bildirilib ki, sözügedən sistemlərin tədarük ediləcəyi ölkələrdən biri Asiya, digəri isə Avropa qitəsində yerləşir.




