ASELSAN aviasiya vasitələri üçün TUSAŞ-a faydalı yüklər tədarük edəcək
Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri arasında aviasiya vasitələri üçün faydalı yüklərin hazırlanması və tədarükü ilə bağlı müqavilələr imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Müqavilələr çərçivəsində ASELSAN tərəfindən aviasiya vasitələri üçün avionika, rabitə, radar, elektro-optika, elektron müharibə, naviqasiya sistemləri və tuşlama dəstləri hazırlanaraq tədarük ediləcək.
Sözügedən müqavilələr üzrə çatdırılmalar 2024-2028-ci illər arasında həyata keçiriləcək.
Qeyd edilib ki, müqavilələrin 329 milyon ABŞ dolları dəyərindəki hissəsi aktivləşdirilib.
TAGS Manşet