ASELSAN “Gözde” tuşlama dəstini Türkiyə Silahlı Qüvvələrinə təhvil verib – VİDEO

ASELSAN “Gözde” tuşlama dəstini Türkiyə Silahlı Qüvvələrinə təhvil verib – VİDEO

ASELSAN şirkətinin istehsal etdiyi “Gözde” tuşlama dəsti Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.

ASELSAN ilə TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə inkişaf etdirilən “Gözde”, 227 kiloqramlıq Mk-82 ümumi təyinatlı aviasiya bombalarını ANS/KKS və Lazer Arayıcı Başlıqlı (LAB) idarə olunan sursatlara çevirərək istifadəçiyə yerdəki sabit və hərkətli hədəfləri dəqiqliklə vura bilmək imkanı qazandırır.

Onun MK-82 aviasiya bombası ilə birlikdə ümumi kütləsi 265 kiloqram, uzunluğu 2590 millimetr və mənzili 28 kilometrdir. Maksimum 40000 ft yüksəklikdən atıla bilən “Gözde” tuşlma dəsti, “Akıncı” pilotsuz uçuş aparatları (PUA), F-16 və F-4E qırıcıları tərəfindən istifadə edilmək üçün nəzərdə tutulub.

Cari ilin may ayında şirkət F-16 və “Akıncı”dan “Gözde”nin ilk atış sınağının uğurla keçirildiyini açıqlayıb.

Qeyd edək ki, ASELSAN “Gözde” tuşlama dəstini ölkə daxilində ilk dəfə İstanbulda keçirilən IDEF-2023, ölkə xaricində isə Böyük Britaniyanın paytaxtı Londonda baş tutan DSEI-2023 sərgisində nümayiş etdirib.

CATEGORIES
TAGS