
ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı müqavilə imzalanıb.
Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.
Qeyd olunub ki, HHM sistemləri üçün imzalanan müqavilənin dəyəri 1,4 milyard avro təşkil edir.




