ASELSAN-ın AESA radarı Türkiyənin MMU qırıcısına inteqrasiya olunacaq
Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir ASELSAN şirkətini ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə SSB başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.
İsmail Dəmir bildirib ki, ziyarət zamanı ASELSAN şirkətinin hazırda yerinə yetirdiyi fəaliyyətlərlə bağlı məlumatlar alınıb və AESA radarı yoxlanılıb: “Dünyadakı analoqları ilə rəqabət aparmaq üçün hazırladığımız AESA radarımızı əvvəlcə “Akıncı” pilotsuz uçuş aparatına (PUA), daha sonra F-16-larımıza və son olaraq MMU-ya inteqrasiya edəcəyik”.
SSB başqanı vurğulayıb ki, milli imkanlarla həyata keçirilən Özgür Layihəsi çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alan F-16 döyüş təyyarələri təkmilləşdirilərək xidmət göstərməyə davam edəcək və burada qazanılan hər bir qabiliyyət MMU qırıcısında istifadə olunacaq.