
Türkiyənin ASELSAN şirkəti yerli imkanlar hesabına hazırladığı AESA (active electronically scanned array) SAR podun (qının) ilk uçuş testlərinə hazırlaşır.
ASELSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, 2022-ci ildə AESA SAR (synthetic aperture radar) podunun aviasiya vasitələri üzərində ilk uçuş testlərinin keçirilməsi planlaşdırılıb.
ASELSAN-ın AESA SAR podu ilə kəşfiyyat və müşahidə xarakterli pilotlu/pilotsuz uçuş aparatlarının daha yüngül və kompakt bir SAR həllinə sahib olması hədəflənib.
AESA SAR podu MAM-L sursatlarının inteqrasiya olunduğu bütün aviasiya vasitələrində istifadə oluna biləcək. Habelə, AESA SAR podu quraşdırıldığı platformalardakı digər radarlara da inteqrasiya olunmaq imkanlarına sahibdir.
Məlumatda o da bildirilib ki, AESA SAR podu sınaqlardan sonra, 2023-cü il ərzində istifadəyə tam hazır vəziyyətə gətiriləcək.




