ASELSAN-ın SERHAT-DUAL radarı ilk dəfə IDEF-də sərgilənəcək
ASELSAN şirkəti tərəfindən hazırlanan SERHAT-DUAL minaatan aşkarlama radarı 25-28 iyul tarixlərində Türkiyədə keçiriləcək IDEF-2023 sərgisində ilk dəfə təqdim olunacaq.
Bu barədə “Poliqon” ASELSAN şirkətinə istinadən xəbər verib.
Bildirilib ki, mobil minaatan aşkarlama radarı olan SERHAT inkişaf edən ehtiyaclara uyğun şəkildə yeni imkanlar qazandırılaraq daha uzun məsafəyə malik SERHAT-DUAL konfiqurasiyasına yüksəldilib.
SERHAT-DUAL mövcud bacarıqlara əlavə olaraq, topları, raketləri, mini/mikro PUA-ları aşkarlamaq, izləmək və təsnif etmək qabiliyyətinə sahibdir.