Xəbərlər
ASELSAN məhsulları yerli batareya blokları ilə təchiz ediləcək

Türkiyənin ASELSAN şirkətinin məhsullarında istifadə olunan xaricdən alınan “Li-Ion” batareya blokları bundan sonra yerli ASPİLSAN şirkəti tərəfindən təmin ediləcək.
“AzeriDefence”nin məlumatına görə, bu barədə ASELSAN-ın rəsmi sosial media hesabında bildirilib.
Şirkət mütəxəssislərinin sözlərinə görə, bununla ASELSAN pilotsuz uçuş aparatları və yerüstü robot vasitələrindən tutmuş rabitə sistemlərinə qədər bir çox sistemdə yerli “Li-Ion” batareya blokları istifadə edəcək.




