ASELSAN M-60TM tanklarını VOLKAN-M sistemiylə təchiz edib

ASELSAN M-60TM tanklarını VOLKAN-M sistemiylə təchiz edib

Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarında yer alan M-60TM əsas döyüş tanklarının modernizasiyası çərçivəsində tanka inteqrasiya edilən ASELSAN istehsalı VOLKAN-M atış idarəetmə sisteminin sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

İsmail Dəmir qeyd edib ki, tank hərəkətdə olan zaman VOLKAN-M atış idarəetmə sistemi ilə yerinə yetirdiyi test atışlarında sabit hədəfləri uğurla vurub.

“TSK inventarındakı M-60TM tanklarımızın bir yandan modernizasiyasını, digər yandan bütün hissələrinin milliləşməsini təmin edirik.

Beləliklə xarici asılılığı azaldaraq tanklarımızı yüksək performanslı güncəl sistemlərlə təchiz edirik və fəaliyyət müddətini artırırıq”, – deyə İsmail Dəmir bildirib.

Poliqon.az

CATEGORIES
TAGS