Xəbərlər

ASELSAN şirkəti CDP ekoloji layihəsinin İqlim Lideri mükafatını alıb

Türkiyənin ASELSAN şirkəti dünyanın ən etibarlı reytinq metodologiyasına sahib olan Karbon Açıqlama Layihəsində (Carbon Disclosure Project – CDP) növbəti dəfə İqlim Lideri mükafatını alıb.

Bu barədə “AzeriDefence”ə ASELSAN şirkətindən məlumat verilib.

“2019-cu ilin CDP Türkiyə İqlim Dəyişikliyi” adlı hesabatında iştirak edən 54 şirkət arasında ASELSAN şirkəti İqlim Lideri mükafatı almağa haqq qazanan 5 şirkətdən biri olub.

Dünyadakı marka dəyəri, investor əlaqələrinin davamlılığı üçün CDP hesabatında könüllü olaraq Türkiyədən BİST-100 şirkətləri və digər firmalar iştirak edir.

ASELSAN 2012-ci ildə etdiyi ilk hesabatı ilə CDP Türkiyə Proqramına daxil olub və ardıcıl son iki ildir İqlim Lideri mükafatını qazanır.

Məlumatda o da qeyd olunub ki, ASELSAN bundan sonra da yüksək standartlara cavab verəcək tədqiqat və istehsal fəaliyyətlərini davamlı həyata keçirmək üçün səylərini artıracaq.

 

Back to top button