
ASELSAN şirkəti Omanda yeni ofis açıb
Türkiyənin ASELSAN şirkəti Omanın paytaxtı Maskat şəhərində yeni ofis açıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, Omandakı ofisin açılışında Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, ASELSAN-ın baş direktoru Akhmet Akyol, “Roketsan”ın baş direktoru Murat İkinci, TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu və HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar da iştirak edib.
Qeyd edilib ki, Maskatda açılan yeni ofis öz sahəsində ən yaxşı məhsullar istehsal edən, oyun dəyişən texnologiyalar inkişaf etdirən və ixraca diqqət yetirərək böyüyən ASELSAN-ın qlobal inkişafına töhfə verəcək, iki ölkə arasında texnologiya transferi və potensialın artırılması üçün yeni imkanlar yaradacaq.
TAGS Manşet