Aerospace

ASELSAN Türk Ordusu üçün aerostat hazırlayıb

Türkiyənin ASELSAN şirkəti TÜBİTAK-la birlikdə “Su damlası” və “Kürəsəl” adlı iki aerostatın yaradılmasını başa çatdırıb.

Bu barədə “AzeriDefence” Türkiyə mətbuatına istinadən məlumat verib.

Aerostat terrorçularla mübarizə və sərhəd pozucuları ilə mübarizə üçün nəzərdə tutulub. Bundan başqa aerostat hərbi bazalar və polis məntəqələrində havadan kəşfiyyat, xəbərdarlıq və nəzarət məqsədi ilə istifadə edilə biləcək.

“Su damlası”nın qalxma hündürlüyü maksimum 1000 m, uzunluğu 16 m, həcmi 180 kubmetr, “Kürəsəl”in isə qalxma hündürlüyü maksimum 500 m, həcmi 35 kubmetr təşkil edir.

Məlumatda o da qeyd olunub ki, hər iki aerostat sərt hava şərtlərinə və yüngül silahların atəşinə qarşı davamlıdır.

Aerostatlar hər cür hava şəraitində 360 dərəcə ətrafda kəşfiyyat və müşahidə aparmaq üçün ASELSAN istehsalı olan CATS elektro-optik kompleksi ilə təchiz olunub. Kamera görüntüləri onlayn rejimdə idarəetmə mərkəzinə ötürür. Hər iki aerostatın sınaqları tamamlanıb.

 

Back to top button