ASELSAN Türkiyə Silahlı Qüvvələrinə yaxın mənzilli HHM sistemləri tədarük edəcək
ASELSAN şirkəti ilə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı arasında yaxın mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü üçün 82 milyon avro dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd edilib ki, müqavilə çərçivəsində tədarüklər 2024-2027-ci illər arasında həyata keçiriləcək.