ASELSAN və “Roketsan” təxminən 12 milyon dollarlıq müqavilə imzalayıb

ASELSAN və “Roketsan” təxminən 12 milyon dollarlıq müqavilə imzalayıb

Türkiyənin ASELSAN və “Roketsan” şirkətləri arasında elektro-optik sistemlərin tədarükünə dair 11.9 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.

Qeyd edək ki, ASELSAN tərəfindən “Roketsan”a çatdırılacaq məhsulun ASELFLIR-410 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi olduğu ehtimal edilir. Buna səbəb isə IDEF-2023 sərgisində “Cirit” silah sisteminin ASELFLIR-410-la təchiz edilməsi üçün iki şirkət arasında razılaşmanın imzalanmasıdır.

Poliqon.az

CATEGORIES
TAGS