
Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri arasında təyyarə modernizasiyana dair ümumi dəyəri 52.2 milyard TL (1.998 milyard ABŞ dolları) olan iki müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında qeyd olunub.
Bildirilib ki, sözügedən müqavilələr çərçivəsində tədarüklər 2023-2033-cü illərdə həyata keçiriləcək.




