ASELSAN yeni sonar sistemi hazırlayıb

ASELSAN yeni sonar sistemi hazırlayıb

Türkiyənin ASELSAN şirkəti tərəfindən DÜFAS adlı aşağı tezlikli aktiv sonar sistemi hazırlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün rəsmi “X” hesabında paylaşım edib.

Bildirilib ki, Türkiyənin ilk yerli və milli aşağı tezlikli aktiv sonar sistemi olan DÜFAS-ın 360 dərəcə çox istiqamətli skan etmə qabiliyyəti ilə sualtı qayıqlar və torpedalar kimi təhlükələr uzaq məsafədən aşkarlana biləcək.

Həmçinin lazım gəldikdə əks-tədbir imkanlarını aktivləşdirəcək DÜFAS sonar sistemi həm də təhdidləri aradan qaldıra biləcək.

CATEGORIES
TAGS