ASELSAN yerli müştəriyə dəqiq tuşlama dəstləri tədarük edəcək
Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və ASELSAN şirkəti arasında dəqiq tuşlama dəstlərinin tədarükü ilə bağlı 1.4 milyard TL (53.8 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.
Qeyd olunub ki, dəqiq tuşlama dəstlərinin tədarükünə dair tərəflər arasında imzalanan müqavilə artıq qüvvəyə minib.
TAGS Manşet