ASFAT Bosniya və Herseqovina Ordusunun zirehli texnikalarına logistika dəstəyi göstərəcək

ASFAT Bosniya və Herseqovina Ordusunun zirehli texnikalarına logistika dəstəyi göstərəcək

Türkiyənin ASFAT şirkəti Bosniya və Herseqovina Ordusunun əsas döyüş tanklarına və zirehli transportyorlarına logistika dəstəyi göstərəcək.

ASFAT-dan “Poliqon”a verilən məlumata görə, bununla bağlı şirkət ilə Bosniya və Herseqovina Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Müqavilənin şərtinə görə ASFAT Bosniya və Herseqovina Ordusunun inventarında yer alan M113 zirehli transportyoru və M60A3 tanklarının ehtiyyat hissə, təmir və texniki baxım işlərini həyata keçirəcək. Həmçinin Bosniya və Herseqovina Müdafiə Nazirliyinin texniki personalına bir sıra lazımi təlimlər veriləcək.

Bildirilib ki, müqavilə çərçivəsində bütün bu işlər ASFAT-ın 2-ci Əsas Təmir Zavodu tərəfindən yerinə yetiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS