ATMOS ÖAQ istifadəçilərinin sayı artır

ATMOS ÖAQ istifadəçilərinin sayı artır

İsrailin “Elbit Systems” şirkəti adını açıqlamadığı ölkəyə 155 mm-lik ATMOS özüyeriyən artilleriya qurğuları (ÖAQ) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət sifarişçi ilə 102 milyon ABŞ dolları həcmində müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Elbit Systems” tərəfindən görüləcək bütün işlər səkkiz il müddətində həyata keçiriləcək.

ATMOS 2000 (Autonomous Truck Mounted Howitzer System) ÖAQ İsrailin “Elbit Systems” şirkətinin tərkibinə daxil olan “Soltam Systems” tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən haubitsadır. ATMOS 2000 ÖAQ ailənin ən son nəsil artilleriya sistemidir.

Haubitsa 6×6 və ya 8×8 yük maşınlarının şassisinə quraşdırıla bilir. Özüyeriyən silahlar 39, 45 və 52 çap uzunluğunda lülələrlə təchiz olunur.

ATMOS 2000 ÖAQ 155 mm-lik NATO mərmilərinin tam çeşidindən istifadə edə bilir. Maksimal atəş məsafəsi adi döyüş sursatları ilə 30 km, aktiv-reaktiv ERFB/BB döyüş sursatları ilə 41 km-dir. Maksimal atəş tezliyi dəqiqədə 4 – 9 atış təşkil edir.

Poliqon.az

CATEGORIES
TAGS