Avropada yeni nəsil uzun mənzilli PUA hazırlanacaq

Avropada yeni nəsil uzun mənzilli PUA hazırlanacaq

“Latvijas Mobilais Telefons” (LMT) şirkəti tərəfindən koordinasiya olunan pan-Avropa konsorsiumu Avropa Müdafiə Fondu (EDF) tərəfindən əhəmiyyətli maliyyələşmə əldə edərək VANTAGE layihəsini həyata keçirməyə başlayır.

“Poliqon” xəbər verir ki, Avropa Müdafiə Fondu uzun mənzilli pilotsuz uçuş aparatı (PUA) layihəsi olan VANTAGE üçün 10.09 milyon avroya qədər vəsait ayırıb.

Bu təşəbbüs Avropa müdafiəsi üçün yeni nəsil taktiki pilotsuz uçuş sistemlərinin (PUA) inkişafına yönəlib.

ADF-nin 2024-cü ildəki müdafiə tədqiqat və inkişaf çağırışı çərçivəsində maliyyələşdirilən VANTAGE layihəsi, Avropanın müxtəlif ölkələrindən aparıcı tərəfdaşları bir araya gətirir. Layihənin ümumi dəyəri 10.88 milyon avrodur. Avropa İttifaqının isə layihəyə maksimum maliyyə töhfəsi 10.09 milyon avro təşkil edir. Bu layihə müasir döyüş meydanında Avropanın texnoloji üstünlüyünü və operativ müstəqilliyini artırmaq istiqamətində mühüm bir addımdır.

VANTAGE layihəsi geniş imkanlara, uzun mənzillə, şaquli qalxma və enmə (VTOL) qabiliyyətlərinə sahib pilotsuz uçuş aparatı yaratmağı hədəfləyir. Bu platforma, idarəetmə, rabitə, kəşfiyyat və müşahidə (C4ISR) missiyalarını yerinə yetirməklə yanaşı, zərbə əməliyyatlarını da icra edə biləcək. Layihə, maksimum uyğunlaşma prinsipi əsasında qurulur ki, bu da yeni sensor və naviqasiya sistemlərinin rahat inteqrasiyasını təmin etməklə, GPS olmayan mühitlərdə optimal fəaliyyətə imkan verəcək.

VANTAGE layihəsi 36 ay (üç il) davam edəcək. Bu müddət ərzində araşdırmalar, sistem dizaynı, prototipin hazırlanması və ciddi testlər aparılacaq.

CATEGORIES