Avstraliya ABŞ istehsalı “Tomahawk” qanadlı raketlərini əldə edəcək

Avstraliya ABŞ istehsalı “Tomahawk” qanadlı raketlərini əldə edəcək

Avstraliya Silahlı Qüvvələri ABŞ istehsalı olan BGM-109 “Tomahawk” uzaq mənzilli qanadlı raketlərini alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Scott Morrison açıqlama verib.

Silahlar 15 sentyabrda Avstraliya, ABŞ və Böyük Britaniya tərəfindən elan edilən AUKUS müdafiə ittifaqı çərçivəsində alınır. Avstraliya höküməti razılaşmanın öz ölkəsinin müdafiəsini gücləndirə biləcəyinə ümid edir. “Hobart” sinifli esminesə quraşdırılacaq “Tomahawk” qanadlı raketləri yüksək məsafələrdə yer hədəflərini yüksək dəqiqliklə vurmağa imkan verəcək.

Ehtimal olunur ki, AUKUS müdafiə ittifaqının ilk layihəsi Avstraliyanı qeyri-atom sualtı qayıqlarla təchiz etmə olacaq. “Tomahawk” qanadlı raket ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) əsas dəniz raket silahıdır. Ondan həm suüstü gəmilərdə, həm də sualtı qayıqlarda fəal şəkildə istifadə olunur.

Raketin baza versiyası silahlanmaya 1983-cü ildə qəbul edilib. Bu günə qədər müxtəlif (dəniz, quru və hava bazalanmalı) modifikasiyada yeddi mindən çox belə raket istehsal edilib.

Raketin istehsalçısı olan “Raytheon” şirkətinin məlumatına görə, ABŞ ordusu və müttəfiqləri “Tomahawk” raketinin 2300-dən çox döyüş tətbiqini həyata keçiriblər. Sonuncu dəfə 2018-ci ildə ABŞ HDQ Suriyadakı obyektlərə 66 ədəd “Tomahawk” raketi buraxıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS