Avstraliya M4 qumbaraatanının sınaqlarına başlayıb

Avstraliya M4 qumbaraatanının sınaqlarına başlayıb

Avstraliya İsveçin “Saab” şirkəti tərəfindən yaradılan və istehsal edilən “Carl Gustaf” M4 tank əleyhinə qumbaraatanlarının istismar sınaqlarına başlayıb.

Bu barədə “Poliqon” “Army Recognition”a istinadən xəbər verib.

Qumbaraatanın M4 modelinin alınması, Avstraliya Ordusunda silahlanmada olan və onillik xidmət müddəti başa çatan “Carl Gustaf” M3 modifikasiyasını əvəz etmək məqsədini daşıyır.

Xatırladaq ki, “Carl Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition 2014” sərgisi zamanı təqdim edilib.

2018-ci ilin sentyabr ayında “Saab” şirkəti Avstraliya Ordusuna yeni çoxfunksiyalı silah sistemi olan “Carl Gustaf” M4 qumbaraatanının təchiz edilməsi üçün sifariş alıb.

Son versiya olan “Carl Gustaf” M4 modeli 84 mm-lik tank əleyhinə qumbaraatanın xeyli azaldılmış çəkiyə malik versiyasıdır. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.

191440871 324812369144048 2194076696707326507 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS