
Avstraliyanın “Redback” PDM-ləri Mk44S “Bushmaster” topları ilə təchiz olunacaq
Avstraliya Ordusu üçün “Hanwha Defense” şirkəti tərəfindən istehsal ediləcək “Redback” piyada döyüş maşınları (PDM) “Northrop Grumman” korporasiyasının 30 mm-lik Mk44S “Bushmaster” avtomatik topu ilə təchiz olunacaq.
Bu barədə “Poliqon” “Northrop Grumman” korporasiyasına istinadən xəbər verib.
Bildirilib ki, ABŞ-ın “Northrop Grumman” korporasiyası Mk44S toplarının tədarükü və “Redback” PDM-lərinə inteqrasiya olunması üçün Cənubi Koreya mərkəzli “Hanwha Defense” şirkətinin Avstraliyada fəaliyyət göstərən törəməsi “Hanwha Defense Australia” ilə əməkdaşlıq edəcək.
Qeyd olunub ki, tərəflər arasında imzalanan müqaviləyə əsasən 129 ədəd Mk44S topunun istehsal edilməsi və tədarüklərin 2026-cı ildən başlanması nəzərdə tutulub.