“Ayrılıqdan keçən yol” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

“Ayrılıqdan keçən yol” sənədli filminin təqdimatı keçirilib – FOTOLAR

Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən Muğam Evində “Ayrılıqdan keçən yol” adlı sənədli filmin təqdimatı baş tutub.

“Poliqon”un məlumatına görə, ekran işi 44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Ağdam rayonunun Bağbanlar, Saybalı, İsmayılbəyli və Pirzadlı kəndlərindən olan beş hərbçinin əziz xatirəsinə həsr edilib.

Sənədli filmdə şəhidlərin ailə üzvləri və yaxınları onların həyat və döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Filmdə həmçinin adıçəkilən kəndlərin 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalına, həmin dövrdə yaşanan hadisələr və proseslərə də toxunulur.

Təqdimat mərasimində rayon İcra Hakimiyyətinin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru jurnalist Teymur Zahidoğludur. Ekran əsəri Mədəniyyət Nazirliyi tərəfindən dövlət film reyestrinə daxil edilib və rəsmi yayım vəsiqəsi alıb.

CATEGORIES