Xəbərlər

Azərbaycan Ordusu Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində vacib yüksəkliklər uğrunda döyüşlər aparır

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Bu barədə Azeri Defence saytına MMüdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Back to top button