Azərbaycan və Türkiyənin müdafiə nazirləri “Qış təlimi-2021” birgə təlimlərini izləyiblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.
CATEGORIES Xəbərlər