Azərbaycanın Müdafiə naziri Türkiyəyə gedib
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”in yekun mərhələsini izləyəcək.
CATEGORIES Xəbərlər