Azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə 118 min hektardan çox ərazi minalardan təmizlənib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, minatəmizləmə əməliyyatları nəticəsində 18 mindən çox tank əleyhinə, 31 mindən çox piyada əleyhinə mina və 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA sədri 2020-ci ildən bu günə qədər 341 nəfərin minaya düşdüyünü və onlardan 65 nəfərinin həlak olduğunu qeyd edib.

CATEGORIES