“Azeltech” şirkətinin bəzi məhsulları təlimdə sınaqdan keçirilib

“Azeltech” şirkətinin bəzi məhsulları təlimdə sınaqdan keçirilib

Azərbaycanın “Azeltech” və “Elm və Texnologiya Parkı” şirkətləri müdafiə təyinatlı məhsulların yaradılması sahəsində birgə layihələr həyata keçirir.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Azeltech” şirkətin direktoru Samir Süleymanov bildirib.

“Bu layihələr istər Müdafiə Nazirliyi rəhbərliyi, istərsə də Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Döyüş Hazırlığı Baş İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, müvafiq təlimlərdə məhsulların sınaqlarının aparılması üçün şərait yaradılır”, – deyə S. Süleymanov vurğulayıb.

“Azeltech” şirkətinin direktoru bildirib ki, birgə layihənin əməkdaşları 2020- ci il iyun ayında keçirilən döyüş atışlı taktiki təlimdə iştirak edərək seriya istehsalına hazırlığı tamamlanan məhsulun növbəti sınaqlarını həyata keçiriblər:

“Hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən məhsulun orduda istifadəsi məqbul sayılıb. Layihə çərçivəsində həyata keçirilən digər məhsulların sınaqları barədə ətraflı məlumat ictimaiyyətə yaxın zamanlarda veriləcək”.

CATEGORIES
TAGS