Azərbaycan “Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək

Azərbaycan “Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək

2025-ci il 23 iyun – 4 iyul tarixləri arasında Türkiyənin Konya şəhərində “Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimi keçiriləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə Türkiyə, ABŞ, Azərbaycan, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordaniyadan olan hərbi qulluqçular və aviasiya vasitələri iştirak edəcək.

Həmçinin Bolqarıstan, Braziliya, Malayziya, Mali və Nigeriya təlimə müşahidəçi statusunda qatılacaq.

CATEGORIES
TAGS