
Nəticə verən sahələrdən biri müdafiə sənayesidir. Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
“Biz Çexiyanın şirkətləri ilə artıq bir neçə müqavilə imzalamışıq. Hazırda fəaliyyət dairəsini artırmağı və birgə istehsalata başlamağı planlaşdırırıq. Elə danışdığımız zaman heyətlərimiz bunun üzərində işləyir. Bu, istənilən ölkə üçün, xüsusən də müharibə və münaqişələrin yağışdan sonra göbələk kimi artdığı dövrdə çox mühüm sahədir. Hər bir ölkə öz suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını müdafiə etməyə hazır olmalıdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz böyük artım potensialı olan bu sahədə əməkdaşlıq üçün çox güclü əsas qoyduq”, – deyə dövlət başçısı vurğulayıb.




