
Polşa Ukraynaya silah tədarük edib
Polşa Rusiya-Ukrayna müharibəsi ərəfəsində Ukrayna Silahlı Qüvvələrinə silah tədarük edib.
“Poliqon” xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak özünün rəsmi “Tvitter” hesabında bildirib.
Məlumatda tədarük edilən silahların Ukrayna hərbçilərinə çatdırıldığı qeyd olunub.
Polşa müdafiə naziri ukraynalıları dəstəklədiyini və Rusiyanın təcavüzünə qəti şəkildə qarşı çıxdığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinə çatdırılan silahların adı və sayı qeyd olunmayıb.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər