Azərbaycan hərbçiləri İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Azərbaycan hərbçiləri İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu İtaliyanın Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, səfər çərçivəsində Azərbaycan HDQ-nin hərbi qulluqçuları İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

Həmçinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təmsilçiləri digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədi ilə keçirilən dəniz məşqlərində iştirak ediblər.

CATEGORIES