Azərbaycan hərbçiləri “Mavi Balina-2024” təliminə qatılıb

Azərbaycan hərbçiləri “Mavi Balina-2024” təliminə qatılıb

Aralıq dənizinin şərqində Türkiyə Silahlı Qüvvələrinin təşkilatçılığı ilə “Mavi Balina-2024” təlimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu “Mavi Balina-2024” təlimində müşahidəçi qismində iştirak edib.

4c41e5f264af8d6c0eaa8a44999f09da

 

CATEGORIES