Müdafiə
Azərbaycan hərbçiləri NATO-da hərbi tərəfdaşlığın koordinasiyası tədbirinə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 13-dən 18-dək NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində “məsləhətçi görüş” və martın 13-dən 19-dək “NATO-da hərbi tərəfdaşlığın koordinasiyası” üzrə növbəti işçi görüşlər keçirilir. Hər iki tədbir Gürcüstanın paytaxtı Tiflisdə keçirilir.



