Müdafiə
Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan hərbçiləri oktyabrın 19-dan 23-dək Brüssel şəhərində (Belçika Krallığı) tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursuna qatılıblar.



