Müdafiə
Azərbaycan hərbçiləri xaricdə tədbirlərə qatılıblar

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan hərbçiləri fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransına, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kurslarına qatılıblar.




