Azərbaycan ilə İsrail kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ilə İsrail kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və İsrailin bu yaxınlarda əməkdaşlığını genişləndirməyə başladığı sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqla birlikdə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində çox fəal qarşılıqlı ünsiyyətə start verilib.

Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə Azərbaycan üçün də faydalı olacaqdır: “Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır”.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR