Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində, Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

“Poliqon” xəbər verir ki, Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimində “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Poliqon.az

CATEGORIES
TAGS