Azərbaycan istehsalı olan minatanlar ixrac ediləcək – FOTO

Azərbaycan MSN müəssisələrində istehsal olunan artırılmış mənzilə malik 60 və 82 mm çaplı minaatanların hazırda bir neçə ölkəyə ixracı istiqamətində işlər aparılır.

Bu barədə “AzeriDefence”yə MSN-dən məlumat verilib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alan 82 mm çaplı 20N5 minaatanı xarici analoqlarından kiçik ölçüsü və daha uzaq mənzilə sahib olması ilə fərqlənir. 20N5 minaatanının döyüş vəziyyətində optik nişangahsız çəkisi 47.5 kq, atış mənzili 4000 metrdir.

Azərbaycan müəssisələrində istehsal edilmiş 60 mm çaplı 20N6M uzaq mənzilli minaatanın isə çəkisi 18 kq, atəş tezliyi dəqiqədə 20 atış, atış mənzili 2550 metrdir. Bu minaatanın 20N6MT Commando yüngül versiyasının isə mənzili 1600 metdir. Hər üç minaatan həm Azərbaycan, həm də digər ölkələrdə istehsal olunan optik nişangahlarla komplektləşdirilə bilir.

Azerbaycan silahlari (22)

minamyot min

 

CATEGORIES