Azərbaycan MN və DSX-nin rəhbər heyəti Türkiyədə müdafiə sənayesi sərgisində olub

Azərbaycan MN və DSX-nin rəhbər heyəti Türkiyədə müdafiə sənayesi sərgisində olub

Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən “Doğanbey” təlim sahəsinə gələrək Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.

Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.

CATEGORIES
TAGS